“Sportinq Kanzas Siti” klubu MLS-də “İnter Mayami” ilə oyunu daha böyük arenaya köçürüb. Matc.az xəbər verir ki, buna səbəb qonaq komandada Lionel Messinin çıxış etməsidi.

“Sportinq Kanzas Siti”nin prezidenti Ceyk Rid bildirib ki, həmin matça maraq hədsiz böyükdü. Klubun əsas ev stadionu isə 18 mindən bir qədər çox tamaşaçı tutumuna malikdi. Rəhbərlik qarşılaşmanın “Arrowhead Stadium”da oynanılmasını qərara alıb. Həmin arenanın tutumu 76 mindən çoxdu.

Oyuna bilet satışına yanvarın 16-da start veriləcək. Biletlərin qiyməti 65 dollardan başlayacaq.

Qeyd edək ki, qarşılaşma aprelin 14-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest