“Zirə”nin qapıçısı cari mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasının rekorduna imza atıb. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu 18 oyunun 9-da qol buraxmamaqla bunu bacarıb.

Ümumilikdə ilk yarıda cəmi dörd nəfər 5 və ya daha çox qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib. Silva 50 faizlik göstərici ilə diqqət çəkibsə, ikinci sırada “Sumqayıt”lı Mehdi Cənnətov qərarlaşıb. O, 6 görüşdə rəqiblərə sevinmək imkanı verməyib.

“Turan Tovuz”un qapıçısı Aydın Bayramov və “Araz-Naxçıvan”ın əcnəbisi Kristian Avram isə hərəyə 5 matçda qol buraxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest