Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın şərəfini qoruyacaq. O, karyerası ərzində ölkəsində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarının formasını geyinib.

“Araz-Naxçıvan” futzal klubu 2024-cü ildə ilk transferini reallaşdırıb. Matc.az xəbər verir ki, Azərbaycan çempionu heyətini braziliyalı Andre Korrea dos Santos Juniorla gücləndirib.

Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın şərəfini qoruyacaq. O, karyerası ərzində ölkəsində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarının formasını geyinib.

Yanvarın 11-də Bakıya gələcək Andrezinyo ir gün sonra kollektivlə məşqlərə qoşulacaq.

Qeyd edək ki, Yüksək Liqanın lideri ötən ay Eriko Dannilo, Xətai Bağırov və İsa Atayevlə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest