“Turan Tovuz” bir futbolçusu ilə yollarını ayırıb. Matc.az saytının əldə etdiyi məlumata görə, müdafiəçi Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.

26 yaşlı cinah oyunçusu mövsümün ikinci yarısından “Manisaspor”un formasını geyinəcək. Tovuz təmsilçisi bu transferdən təzminat alıb. Bu gün TFF I Liqa klubunda tibbi müayinədən keçəcək Sərtan Taşkın yeni komandası ilə 2 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Sərtan Taşkın “Turan Tovuz”ə mövsümün əvvəlində “Zirə”dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest