Argentina millisinin sabiq futbolçusu Ezekyel Lavezzi xəstəxanaya yerləşdirilib. Matc.az xəbər verir ki, PSJ-nin keçmiş üzvü özünə qayçı ilə xəsarət yetirməzdən əvvəl qulağına səslər gəlibmiş.

Narkotiklə bağlı ciddi problem yaşayan 38 yaşlı “tanqocu”nu ailəsi tibbi təyyarə ilə Buenos-Ayresə aparmağa qərar verib. Onlar aeroporta çatanda isə Lavezzinin halı pisləşib və təyyarəyə minmək istəməyib. Vəziyyət ekipaj üzvləri üçün təhlükəli olduğundan, Lavezziyə sakitləşdirici iynə vurulub.

Qeyd edək ki, Ezekyel Lavezzi Argentina millisi ilə 2008-ci il olimpiadasının qalibi, 2014-cü ildəki dünya çempionatının isə gümüş mükafatçısıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest