09 Yanvar 2024, 17:49
FUTBOL
İtaliya A Seriyasında klubların sayının 20-dən 18-ə endirilməsi üçün danışıqlar aparılır. Matc.az xəbər verir ki, liqanın prezidenti Lorentso Kazini klublarla qeyri-rəsmi danışıqlara başlayıb.
Elitanın aparıcı klubları sayın azaldılmasının tərəfdarıdı. Onlar növbəti mövsüm Çempionlar Liqasında oyun sayının çoxluğu ilə əlaqədar bunun zəruriliyini əsas gətirirlər. Çünki belədə daxili birincilikdə təqvim sıxlaşacaq.
Ancaq bəzi klublar bu dəyişikliyə görə gəlir itirəcəyindən ehtiyat edir. Əgər A seriyası iştirakçılarından ən azı 14-ü azalmanın lehinə səs versə, o zaman elitada 18 komanda mübarizə aparacaq.












