09 Yanvar 2024, 19:20
FUTBOL
"Yuventus" "Lil"in müdafiəçisi Tiaqo Djalo ilə danışıqlar aparır.
Matc.az xəbər verir ki, Turin komandası oyunçu üçün 3,5 milyon avro və gələcək satışın 10%-ni təklif edir. Futbolçunun özünə 2028-ci ilin iyununa qədər müqavilə təklif olunub.
Djalo 2019-cu ilin yayından “Lil”də çıxış edir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatır. "Transfermarkt" portalı 23 yaşlı portuqaliyalıya 15 milyon avro qiymət qoyub.