"Tottenhem" "Cenoa" və Rumıniya millisinin müdafiəçisi Radu Draquşinin transferi ilə bağlı razılığa gəlib.
 
Matc.az xəbər verir ki, transfer məbləği 25 milyon avro + 5 milyon avro bonus olacaq. Müqavilə 2029-cu ilə qədər imzalanacaq.
 
Draquşin 2022-ci ilin yayında "Yuventus"dan "Cenoa"ya keçmişdi. Bu mövsüm o, A Seriyasında və İtaliya Kubokunda 22 oyun keçirib, 2 qol vurub, 1 assist edib və 1 sarı vərəqə alıb. "Transfermarkt" portalı 21 yaşlı rumıniyalıya 20 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest