“Mançester Yunayted”in qapıçısı Andre Onana məşhur statistik portalın 2023/24 mövsümü üçün Premyer Liqanın ən yaxşı qapıçıları reytinqində 5-ci yeri tutur.

Matc.az xəbər verir ki, 2023-cü ilin yayında "qırmızı şeytanlar"a qoşulan Kamerunlu qolkiperin orta reytinqi 6,78 olub. Siyahıya “Vest Hem”dən Alfonse Areola başçılıq edir (6,92), 2-ci  və 3-cü yerləri müvafiq olaraq Quqlielmo Vikario (6,91) və Neto (6,85), 4-cü yeri isə Ceyms Trafford (6,83) tutur.

Andre Onana Premyer Liqada 20 oyun keçirib, 27 qol buraxıb və 6 dəfə Mançester klubunun qapısını toxunulmaz saxlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest