"Tottenhem" heyətinə yeni hücumçu qatıb.

Matc.az xəbər verir ki, almaniyalı hücumçu Timo Verner "Leypsiq"dən İngiltərə klubuna keçib. Verner "xoruzlar"a icarə əsasında keçid edib. Londonlular onu 18 milyon avroya tam transfer etmək hüququna sahib olacaq.

Bu mövsüm Verner Almaniya klubunun heyətində 14 rəsmi oyunda cəmi 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest