10 Yanvar 2024, 10:53
FUTBOL
"Roma"nın mərkəz müdafiəçisi Dieqo Lorente PSJ-nin hədəfinə düşüb.
Matc.az xəbər verir ki, yaxın günlərdə Paris klubu 30 yaşlı oyunçu ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib. Onun transferində parislilərin baş məşqçisi Luis Enrike maraqlıdır.
Dieqo Lorente hazırda İtaliya təmsilçisində "Lids Yunayted"dən icarə əsasında oynayır. Bu mövsüm "Real Madrid"in yetirməsi "Roma"nın heyətində 23 oyun keçirib və 2 məhsuldar ötürmə edib.