"Liverpul"un mərkəz müdafiəçisi Joel Matip karyerasına Səudiyyə Ərəbistanında davam edə bilər.

Matc.az xəbər verir ki, kamerunlu dekabr ayında çarpaz bağını zədələyərək mövsümü erkən bitirib. 32 yaşlı futbolçunun müqaviləsi iyunda başa çatdığı o, üçün yenidən "Liverpul"da oynaya bilməyəcək.

"Əl-İttifaq"ın baş məşqçisi Stiven Cerrard yay transfer pəncərəsi üçün mümkün transfer hədəfi kimi Matipi nəzərdən keçirir.  "Transfermarkt" portalı futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest