10 Yanvar 2024, 12:25
FUTBOL
"Çelsi" və "Mançester Yunayted"in keçmiş futbolçusu Xuan Mata karyerasına İsveçdə davam etmək şansı qazanıb.
Matc.az xəbər verir ki, onunla "Malmö" klubu yaxından maraqlanır. O, Yaponiyanın “Vissel Kobe” klubundan ayrıldıqdan sonra hazırda azad agent statusundadır. İspaniyalı futbolçunun həyat yoldaşı Evelina Kampf əslən məhz Malmö şəhərindəndir. Bəlkə də bu, onun karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarına təsir edəcək.