10 Yanvar 2024, 09:12
FUTBOL
Minifutbol üzrə Azərbaycan çempionatında V turun ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, ilk gündə 5 görüş baş tutub.
Yoluna itkisiz davam edən “Zirə”nin budəfəki qurbanı “Turan” olub. Rəqibi darmadağın edən “Zirə” ardıcıl 5-ci qalibiyyətini qazanıb.
Azərbaycan çempionatı
V tur
“Abşeron” – “Siyəzən” 4:2
“Turan” – “Zirə” 1:10
“Sumqayıt” – “Veteran” 2:3
“Dirçəliş” – “Atəşgah” 6:3
Qeyd edək ki, turun “Aznur” – “Dinamo Gəncə”, “Real Bakı” – “Birbaşa Bakı”, “Qalaxy Bakı” – “Odlar Yurdu” və “İnter” – “Baku Fire” oyunları bu gün keçiriləcək.