Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün yoxlama oyunu keçirib.

Matc.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Antalya toplanışında ilk matçına çıxıb.

Premyer Liqa təmsilçisi Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşıb. Dünən keçirilməli olan, lakin əlverişsiz hava şəraiti üzündən təxirə salınan matç “Topkapı Sport Center”in meydanında baş tutub. Oyun Rumıniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib komandanın hər iki topu fasilədən sonra vurub.

 

Yoxlama görüşü

10 yanvar

17:00 “Turan Tovuz” – “Voluntari” (Rumıniya) - 0:2

Antalya, “Topkapı Sport Center”in meydanı 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest