10 Yanvar 2024, 13:19
FUTBOL
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, toplantı sabah Gəncədə baş tutacaq.
Saat 14:30-da başlayacaq iclasın gündəliyinə 2 məsələ daxil edilib. Bunlar AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət millilərin baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) olacaq.
Həmçinin gündəlikdə digər məsələlər də olacaq.