10 Yanvar 2024, 14:06
FUTBOL
“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, bu iddia ilə ulduz futbolçunun meneceri Enzo Rayola çıxış edib.
Agent bildirib ki, 33 yaşlı forvard üçün bəzi ölkələrdən təkliflər alıb: “Çox adam mənimlə əlaqə saxlayır. İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən zəng edirlər. Balottelli özü İtaliyaya qayıtmaq istəyir. Bu, onun üçün arzudu”.
Qeyd edək ki, Mario Balotellinin bu günlərdə “Adana Dəmirspor”dan ayrılaraq azad agent statusu alması gözlənilir.