“İnter Mayami” heyətinə daha bir futbolçu qatıb. Matc.az xəbər verir ki, MLS klubu Xulian Qresseli transfer edib.

30 yaşlı oyunçu yeni komandası ilə 1,5+1 illik müqavilə imzalayıb. O, yeni mövsümdən Lionel Messinin komanda yoldaşı olacaq. Qressel bundan əvvəl “Atlanta”, “DC Yunayted” və “Bamberq”də çıxış edib.

Qeyd edək ki, “İnter Mayami” bir müddət əvvəl uruqvaylı Luis Suaresi transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest