Qış təlim-məşq toplanışının ilk oyununda bu gün “Zirə” ilə yoxlama görüşü keçirən “Araz-Naxçıvan” (1:2) ikinci mərhələ üçün Qəbələyə yollanmağı planlaşdırır. Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisinin bu səfəri ləğv oluna bilər.

Bunu komandanın baş məşqçisi Azər Bağırov da etiraf edib. O, hava şəraiti ilə bağlı səfərin baş tutmamaq ehtimalının olduğunu bildirib: “Hava ilə əlaqədar olaraq Qəbələyə getməyə bilərik. Çünki həmin günlərdə orada dəhşətli soyuq olacaq. Hər şey ola bilər”.
Qeyd edək ki, yanvarın 15-də “Araz-Naxçıvan”la “Qəbələ”nin yoxlama görüşü keçirməsi nəzərdə tutulur.