“Araz-Naxçıvan” qış fasiləsində ilk keçidini reallaşdırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücum xətti “Sabah”ın üzvü İldar Alekperovla gücləndirilib. 23 yaşlı ön xətt oyunçusu mövsümün sonuna qədər icarəyə götürülüb.
“Araz-Naxçıvan” qış fasiləsində ilk keçidini reallaşdırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücum xətti “Sabah”ın üzvü İldar Alekperovla gücləndirilib.
23 yaşlı ön xətt oyunçusu mövsümün sonuna qədər icarəyə götürülüb. Hər iki cinahda və hücumun mərkəzində oynamaq bacarığına malik olan Alekperov yeni komandasında 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqanın geridə qalan 18 turunda 26 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır.