10 Yanvar 2024, 18:39
FUTBOL
"Roma" rəhbərliyi baş məşqçi Joze Mourinyo ilə müqaviləni uzatmaq niyyətindədir.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssisə yaxın günlərdə rəsmi təklif göndəriləcək. Sözləşmənin müddətinin ən azı bir il uzadılması planlaşdırılır.
Mourinyo 2021-ci ilin yayından paytaxt klubuna rəhbərlik edir. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. 60 yaşlı mütəxəssis 2021/2022 mövsümündə Konfrans Liqasında "Roma" ilə çempion olub. Cari mövsüm İtaliya çempionatında 19 turdan sonra romalılar 8-ci yerdədir.