Leandro Andrade “Qarabağ”dan ayrıla bilər. Matc.az “Record” nəşrinə istinadən xəbər verir ki, Kabo Verde yığmasının üzvünün Çinə köçmək variantı yaranıb.

“Şanxay Şenxua” 24 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq fikrinə düşüb. Bildirilib ki, Çin klubu bu keçid üçün Azərbaycan çempionu ilə danışıqlar aparır.

Qeyd edək ki, Leandro Andrade 2022-ci ilin yanvarından “Qarabağ”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest