11 Yanvar 2024, 10:00
FUTBOL
“Rapid”in “Sabah”a 2:1 hesabı ilə qalib gəldiyi oyunun nəticəsinə baxmışam. Həmin komanda Azərbaycanda 8-ci yerdədi”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına açıqlamasında deyib.
44 yaşlı mütəxəssis sabiq komandasındakı fəaliyyəti barədə də danışıb: “İkinci yerdəki komandadan 1 xal geri qalan “Neftçi” ilə 3-cü yerə yüksəlmişdim. Azərbaycan çempionatı güclü və balanslıdı. Orada çempion “Qarabağ” şou göstərir və Avropa Liqasında çıxışını davam etdirir”.
Qeyd edək ki, “Neftçi” Adrian Mutunun əvəzinə baş məşqçi postuna Miodraq Bojoviçi gətirib.