11 Yanvar 2024, 10:13
FUTBOL
Antuan Qrizmann “Atletiko”nun tarixinə düşüb. Matc.az xəbər verir ki, bu, İspaniya Superkubokunun yarımfinal mərhələsində “Real”la oyunda baş verib.
Belə ki, fransalı forvard komandasının ikinci qolunu vurmaqla, madridlilərin heyətində bütün zamanların bombardiri olmağı bacarıb. Bununla Qrizmann “Atletiko”da qol sayını 174-ə çatdırıb. O, 173 qolu olan əfsanəvi Luis Araqonesi geridə qoyub.
32 yaşlı Qrizmann “Atletiko”nun heyətində ümumilikdə 368 oyun keçirib.
Qeyd edək ki, Madrid derbisində rəqibinə 3:5 hesabı ilə məğlub olan “Atletiko” mübarizəni dayandırıb.