11 Yanvar 2024, 11:08
FUTBOL
Belçika gənclər millisinin futbolçusu Malik Fofana Fransada davam etdirəcək. Matc.az xəbər verir ki, 18 yaşlı oyunçu “Lion”la müqavilə imzalayıb.
Bu barədə Fransa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. “Gent”in vingerinin keçidi Belçika klubuna 17 milyon avro qazandırıb. Gənc hücumameyilli oyunçu yeni komandası ilə 2028-ci ilin yayına kimi müqavilə bağlayıb.
Qeyd edək ki, Malik Fofana bu mövsüm “Gent”in heyətində 31 oyunda 4 qol vurub, 6 assist edib.