11 Yanvar 2024, 11:14
FUTBOL
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Kocaelispor”a keçməyə yaxındı. Matc.az xəbər verir ki, Türkiyə mətbuatı 27 yaşlı forvardın TFF I Liqa təmsilçisindəki məvacibini də açıqlayıb.
Bildirilib ki, futbolçu 1,5 illik müqaviləyə qol çəkəcək. O, bonuslar da daxil olmaqla cari mövsümün qalan 6 ayı üçün 300 min avro alacaq. Yığmamızın üzvünün növbəti mövsüm üçün gəliri isə 550 min avro təşkil edəcək.
Qeyd edək ki, Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda çıxış edir.