11 Yanvar 2024, 12:31
FUTBOL
Qazaxıstan futbolunda maraqlı hadisə baş verib. Matc.az xəbər verir ki, müdafiəçi Dmitri Miroşniçenko 6 ay ərzində 3 dəfə azad agent kimi komandaları tərk edib.
31 yaşlı oyunçu ilk dəfə 2023-cü ilin yayında Novorossiysk “Çernomorets”indən ayrılıb və iyulun 5-də İkinci Liqanın “Ufa” komandası ilə müqavilə imzalayıb. Ancaq o, sentyabrın 14-də oranı da tərk edib. Həmin vaxt Kostroma “Spartak”ına qoşulan Miroşniçenko bu il yanvarın 9-da oradan da ayrılıb.
Futbolçunun bazar dəyəri 150 min avro göstərilir.