“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix növbəti transfer pəncərəsində Münxen klubunu tərk edə bilər. Matc.az xəbər verir ki, buna səbəb tərəflərin yeni müqavilə bağlamamasıdı.

Belə ki, Almaniya klubunun rəhbərliyi 28 yaşlı oyunçu ilə sözləşmənin uzadılması ilə bağlı konkret danışıqlar aparmayıb. PSJ yayda transfer təklifi verməyə hazır olacaq. Bundesliqa çempionu milli üzvünün gedişinə mane olmayacaq.

Qeyd edək ki, Kimmix 2015-ci ildən “Bavariya”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest