11 Yanvar 2024, 15:05
FUTBOL
İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub. Matc.az xəbər verir ki, bunu 75 yaşlı mütəxəssis özü açıqlayıb:
“Ən yaxşı halda bir il ömrüm qalıb. Ən pis halda isə daha az. Amma söz verirəm ki, bacardığım qədər mübarizə aparacağam”.
Qeyd edək ki, Eriksson 2001-2006-cı illərdə İngiltərə millisinə rəhbərlik edib.