"Rumıniyada oyunları, baş verənləri izləyirəm, xəbərlərə baxıram. Orada dostlar qazandım. Mən ÇFR-ə bağlıyam, bu il onlar üçün çətin olacaq. Amma heç nə qeyri-mümkün deyil. Rumıniyada özümü çox yaxşı hiss edirdim, rumın dilində danışmağı öyrəndim. Bəlkə gələcəkdə Rumıniyaya qayıdacağam".
“Neftçi”də hər şey heç də yaxşı deyil, biz istədiyimiz mövqedə deyilik. Amma turnir cədvəlində mütləq irəliləyəcəyik”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib.
Braziliyalı futbolçu Rumıniya mətbuatına açıqlamasında bir müddət əvvəl yollar ayrılan Adrian Mutunun gedişinə üzüldüyünü söyləyib: “Mutu ilə ayrılmaq çox çətin idi. Ailəsində problem olduğu üçün onunla danışa bilmədim, getdi. Amma buna öyrəşmişik, komandada işlər yolunda getməyəndə baş məşqçi istefaya göndərilir”.
28 yaşlı arxa xətt oyunçusu lider “Qarabağ”a çatmağın çətin olacağını düşünür: “Neftçi”nin hədəfi həmişə çempionluq olmalıdı. Təəssüf ki, bu mövsüm üçün çətin görünür. Birinci pillədə yer alan “Qarabağ” çox yaxşı komandadı. Biz daha çox qələbə qazanmaq üçün hazırlaşacağıq”.
Rumıniyada “Qaz Metan” və ÇFR-də oynamış Matias bu ölkə üçün darıxdığını gizlətməyib: “Rumıniyada oyunları, baş verənləri izləyirəm, xəbərlərə baxıram. Orada dostlar qazandım. Mən ÇFR-ə bağlıyam, bu il onlar üçün çətin olacaq. Amma heç nə qeyri-mümkün deyil. Rumıniyada özümü çox yaxşı hiss edirdim, rumın dilində danışmağı öyrəndim. Bəlkə gələcəkdə Rumıniyaya qayıdacağam. Orada çox gözəl anlar yaşadım, xoş xatirələrim var”.
Qeyd edək ki, Matias bu mövsüm “Neftçi”nin heyətində Premyer Liqada 16 oyun keçirib, 4 qol vurub.