"Fasilədə həm məşq edəcəyik, həm də heyətimizi gücləndirəcəyik. Bizim komandaya düşmək üçün oyunçu yaş limitinə uyğun gəlməlidi. Üstəlik kütləvi dəyişiklik də gözlənilmir. Bizi qane edən olsa, 2-3 futzalçını komandamıza dəvət edəcəyik".

“Yanvarın 9-dan məşqlərə başlamışıq. Əlbəttə, hazırlığın əvvəlində fiziki ağırlıqlı çalışmalara üstünlük verəcəyik”. Matc.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi İlqar Aslanov deyib.

O, Yüksək Liqasının III dövrəsinə hazırlığı davam etdirdiklərini bildirib: “Fasilədə həm məşq edəcəyik, həm də heyətimizi gücləndirəcəyik. Bizim komandaya düşmək üçün oyunçu yaş limitinə uyğun gəlməlidi. Üstəlik kütləvi dəyişiklik də gözlənilmir. Bizi qane edən olsa, 2-3 futzalçını komandamıza dəvət edəcəyik. Komandalara da tapşırmışıq ki, belə oyunçular olsa, bizə yönləndirsinlər. Məqsədimiz əsas milli üçün ehtiyat baza yaratmaq, A komandaya futzalçı yetişdirməkdi. Bu yaşda gənclərin “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire” kimi təcrübəli oyunçulardan qurulmuş kollektivlərə qarşı başabaş mübarizə aparması çox çətindi. Yaş fərqi böyükdü, bunlar indi-indi futzalın incəliklərini öyrənirlər”.

Qeyd edək ki, Yüksək Liqada III dövrə fevralın 1-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest