"Renn"in yarımmüdafiəçisi Nemanya Matiç Premyer Liqaya qayıtmaq istəyir.
 
Matc.az xəbər verir ki, o, komanda yoldaşları ilə ortaq dil tapa bilməyib və eyni zamanda onun ailəsi də Fransada yaşamaqdan narazıdır. O, karyerasını başqa yerdə davam etdirmək üçün müqaviləyə xitam vermək istəyir. Serbliyalının klubu ilə sözləşməsi 2025-ci ilə qədərdir.
 
Qeyd olunur ki, klub onu komandada saxlamağa cəhd etsə, Matiç karyerasını bitirməyə üstünlük verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest