Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, bu gün raundun son iki cavab oyunu keçirilib.

Bununla da bütün yarımfinalçılar müəyyənləşib.

İlk olaraq “Qəbələ” ilə “Araz-Naxçıvan” üz-üzə gələcək. Bakıdakı ilk qarşılaşmada turnirin son qalibi rəqibi ilə 1:1 hesablı heç-heçə edib. “Qırmızı-qaralar” bu dəfə rəqibini Qəbələ şəhər stadionunda qəbul edib və 2:0 hesablı qələbə qazanaraq yarımfinalda “Zirə”yə rəqib olub.

1/4 finala “Neftçi” – “Sumqayıt” matçı ilə yekun vurulub. Sumqayıtdakı ilk görüşdə paytaxt klubu 3:2 hesablı qələbə qazanmışdı, lakin öz evində bu gün 1:1 hesablı heç-heçə edərək, finala bir addım qala, “Qarabağ”la qarşılaşacaq.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
9 fevral

“Qəbələ” – “Araz-Naxçıvan” - 2:0 
Qol: Osama Xalayla, 39, Urfan Abbasov, 42
Qəbələ şəhər stadionu. Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
İlk oyun – 1:1.

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 19. Samuel Tetteh, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed (k), 4. İgor Ribeyro
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 19. Aksel Nqando, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç
Baş məşqçi: Azər Bağırov

 


“Neftçi” – “Sumqayıt” 1:1 
Filip Ozobiç, 25 - Kehat, 39

“Neftçi Arena”. Baş hakim: Kamal Umudlu
İlk oyun - 3:2

“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 11. Kilan Lebon, 88. Brayan Moreno

Baş məşqçi: Miodraq Bojoviç

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 14. Elvin Bədəlov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa

Baş məşqçi: Samir Abasov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest