PSJ-nin hücumçusu Kilian Mpabbe zədələnib. Matc.az xəbər verir ki, ulduz futbolçunun durumuna artıq aydınlıq gəlib.

Fransa millisinin baş məşqçisi Didye Deşam kapitanla bağlı durumun qorxulu olmadığını söyləyib. O, 25 yaşlı forvardın vəziyyətinin yaxşı olduğunu və narahatlığa səbəb qalmadığını bildirib.

Qeyd edək ki, Kilian Mbappe PSJ-nin “Brest”i 3:1 hesabı ilə məğlub etdiyi Fransa Kubokunun 1/8 final oyununda zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest