O, C Liqasının A qrupundakı rəqiblər barədə fikirlər bildirib. Pettersson əsasən Slovakiyanı fərqləndirib: “FİFA reytinqinə baxsaq, Slovakiyanın ən çətin rəqib olduğunu görərik. Lakin oyunlarda reytinq o qədər də önəm daşımır".
“Tanıdığımız komandaları olan maraqlı qrupdu”. Matc.az xəbər verir ki, bunu İsveç yığmasının meneceri Stefan Pettersson deyib.
60 yaşlı mütəxəssis Millətlər Liqasının 2024-25 mövsümünün püşkatmasını dəyərləndirib.
O, C Liqasının A qrupundakı rəqiblər barədə fikirlər bildirib. Pettersson əsasən Slovakiyanı fərqləndirib: “FİFA reytinqinə baxsaq, Slovakiyanın ən çətin rəqib olduğunu görərik. Lakin oyunlarda reytinq o qədər də önəm daşımır. Yaxşı hazırlaşdığımızdan və oyunlara yüksək səviyyədə çıxacağımızdan əmin olmalıyıq”.
Qeyd edək ki, İsveç yığmasının qrupdakı rəqibləri Azərbaycan, Slovakiya və Estoniyadı. Qrup mərhələsinə sentyabrın 5-7-dəki oyunlarla start veriləcək.