“İsveç C Liqasının ən yaxşı komandasıdı. FİFA reytinqində 26-cı yerdədi. Amma onlarla heç-heçə etmişik”. Matc.az xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona deyib.

İtaliyalı mütəxəssis Millətlər Liqasının 2024-25 mövsümünün püşkünü dəyərləndirib. 55 yaşlı məşqçi A qrupunda düşdükləri rəqiblər barədə danışıb:

“Azərbaycanla bağlı xatirələrimiz pisdi. Çünki yığmamız mənim rəhbərliyim altında ilk oyununda onlara uduzub. Estoniya, İsveç və Azərbaycan AVRO-2024-ün seçmə mərhələsində eyni qrupda yer almışdı. Mümkün qədər yaxşı oynamalıyıq”.

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest