“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, azarkeşlər biletləri “iticket.az”dan əldə edə bilərlər.
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, azarkeşlər biletləri “iticket.az”dan əldə edə bilərlər.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma üçün qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet almaqla VIP Lounge üstünlüklərindən yararlanmaq mümkündü. Bunun üçün isə 300 xərc tələb olunur.
Satış məntəqələri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları və Heydər Əliyev sarayının kassalarıdı. Həmçinin “Changan Azerbaijan”da VVIP, VIP və CAT 1 biletlər olacaq.
Qeyd edək ki, komandalar arasında Bakıdakı cavab görüşü fevralın 22-də keçiriləcək. İlk oyun isə ayın 15-də Portuqaliyada olacaq.