“İnter Mayami” “Argentinos Xuniors”un yarımmüdafiəçisi Federiko Redondonu heyətinə qatır. Matc.az xəbər verir ki, MLS klubu hazırda qarşı tərəflə danışıq aparır.

ABŞ komandası Argentina klubuna uyğun gələn 8 milyon dollarlıq təklif hazırlayır. Argentinanın gənclər yığmasının üzvünün tezliklə “İnter Mayami”yə keçməsi gözlənilir.

Qeyd edək ki, 21 yaşlı oyunçu ötən mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest