09 Fevral 2024, 13:15
FUTBOL
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının VAR təyinatları bilinib. Matc.az xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmalarda VAR-da oturacaq referilər bəllidi.
“Qəbələ” – “Araz-Naxçıvan” görüşündə bu işi Rəşad Əhmədov görəcək. AVAR Rəvan Həmzəzadə olacaq.
“Neftçi” – “Sumqayıt” qarşılaşmasının VAR-ı Elçin Məsiyev, AVAR-ı Kamran Bayramov olacaq.
Qeyd edək ki, “Qəbələ” – “Araz-Naxçıvan” oyunu saat 16:00-da, “Neftçi” – “Sumqayıt” matçı isə 19:00-da başlayacaq.