La Liqanın rəhbəri Xavyer Tebas Lionel Messinin “Barselona”ya qayıtmasını mümkün hesab edib. Matc.az xəbər verir ki, o, bunun maliyyə feyr-pleyi baxımından problem yaratmayacağını düşünür:

“Messinin “Barselona”ya olan sevgisi və kataloniyalıların Leoya olan istəkləri səbəbindən mən geri dönüşün böyük ehtimal olduğunu gördüm. Belə bir bağlılıq olanda bir çox pul məsələsi arxa plana keçir. Messi klub üçün maliyyə problemi olmayacaq. Gördüm ki, geri dönüş mümkündü, çünki o vaxt Messi karyerasını “Barselona”da bitirmək istəyirdi. Düşünmürəm ki, tək problem pul deyildi. Bir-birlərinə çox bağlı olduqları üçün geri dönüşün yaxın olduğunu görürəm”.

Qeyd edək ki, Lionel Messi 2004-2021-ci illərdə “Barselona”da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest