Hakimlər kobud taktiki qayda pozuntuları, eləcə də qərarları ilə razılaşmadıqları halda oyunçulara mavi vərəqə göstərəcəklər. İki mavi və ya sarı və mavinin kombinasiyası üçün qaydalar qırmızı vərəqəni nəzərdə tutur.
FIFA mavi kartın tətbiqini qərara ala bilər. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunçuların 10 dəqiqəlik cəzalanacağı mavi vərəqələri tətbiq etmək niyyətindədi.
Mavi kartların sınaqdan keçirilməsi ilə bağlı qərar bu gün verilə bilər. İlkin mərhələdə onlardan qadın və gənclər futbolunda, eləcə də aşağı dəstələrdə istifadə olunacaq.
Hakimlər kobud taktiki qayda pozuntuları, eləcə də qərarları ilə razılaşmadıqları halda oyunçulara mavi vərəqə göstərəcəklər. İki mavi və ya sarı və mavinin kombinasiyası üçün qaydalar qırmızı vərəqəni nəzərdə tutur.
FIFA martın 2-də bu məsələni təsdiqləmək fikrindədi.