09 Fevral 2024, 14:38
FUTBOL
Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasına dəvət alıb. Matc.az xəbər verir ki, FİFA referisi fevralın 11-də keçiriləcək XXII tur görüşünü idarə edəcək.
Belə ki, o, həmin gün baş tutacaq PAOK - AEK oyununda ədaləti qoruyacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Yerli Diamantopulos dördüncü hakim funksiyasını icra edəcək. Elçin Məsiyev isə VAR hakimi olacaq.
Qeyd edək ki, PAOK hazırda 50 xalla çempionata başçılıq edir. İkinci pillədəki AEK isə liderdən cəmi 2 xal geri qalır.