“Mançester Yunayted”in sabiq futbolçuları Qari Nevill və Roy Kin 2000-ci illərdə İtaliya komandalarının dopinqdən istifadə etdiyinə dair şübhələrini bildiriblər. Matc.az xəbər verir ki, Nevill keçmişdə bir neçə dəfə bu haldan şübhələndiyini etiraf edib:

“Fərqləndirdiyim bir neçə matç var və bunu hüquqi səbəblərə görə deyəcəyəm. Amma düşünürəm ki, təmiz olmayan bir neçə komandaya qarşı oynadıq. O vaxt da bu haqda düşünürdük. İtaliya komandasına qarşı meydana çıxanda bunu düşünürdüm. Bilirəm ki, 2000-ci illərin ortalarında digər bir neçə oyunçu da eyni şeyi düşünürdü”.

Roy Kin də keçmiş komanda yoldaşını dəstəkləyib: “Bəzi komandalarla oynayanda şoka düşürdüm. Üz-üzə gəldiyim İtaliya komandalarına fikir verirdim, sanki heç bir oyun keçirməmiş kimi görünürdülər”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest