09 Fevral 2024, 15:43
FUTBOL
“Çelsi”nin azarkeşi Cordan Çidliyə 3 il müddətinə futbol matçlarına girmək qadağan edilib. Matc.az xəbər verir ki, buna səbəb onun dekabrda İngiltərə Liqa Kubokunun 1/4 finalında “Nyukasl”la oyundakı davranışı olub.
Həmin görüş zamanı azarkeş meydançaya qaçaraq rəqibin qapıçısı Martin Dubravka ilə toqquşub. Hadisə London komandasının əsas vaxtda hesabı bərabərləşdirməsindən sonra baş verib.
Azarkeş günahını etiraf edib. Prokuror onun hərəkətini “həddindən artıq çılğınlıq” kimi qiymətləndirib.