“Bayer” baş məşqçi Xabi Alonsonun alternativini müəyyənləşdirib. Matc.az xəbər verir ki, Leverkuzen klubu ispaniyalı mütəxəssisin mövsümün sonunda ayrılması ilə artıq razılaşıb.

Bundesliqa təmsilçisi Xulen Lopeteqini bu vəzifəyə dəvət etməkdə maraqlıdı. Rəhbərlik yayda “Liverpul”un sükanı arxasına keçməyə hazırlaşan Alonsonun yerinə ispaniyalını nəzərdən keçirir. Lakin “Bayer” Lopeteqidən hələ cavab almayıb.

Qeyd edək ki, “Bayer” 20 turdan sonra 52 xalla Bundesliqada turnir cədvəlinin lideridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest