“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının XXI turunda “Bayer”lə oyuna hazır olacaq. Matc.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Tomas Tuxel açıqlayıb.

O bildirib ki, mərkəzi görüşü müdafiəçi Alfonso Devis buraxacaq: “Devis hələ məşq etmir, hazır deyil. Noyer bu gün məşqlərə başlayacaq. Onun sabaha qədər vaxtı olacaq, sonra kimin oynayacağına qərar verəcəyik”.

Qeyd edək ki, sabah “Bay Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Hazırda “Bayer” 52 xalla turnir cədvəlinə başçılıq edir. “Bavariya” isə ondan 2 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest