“Barselona”nın hücumçusu Robert Levandovski komandadakı mövqeyi ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, polşalı forvard İspaniya klubundan ayrılacağı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.

O, La Liqa təmsilçisində özünü xoşbəxt saydığını bildirib: “Burada çıxış edərkən özümü əla hiss edirəm. Ailəm də Barselonada yaxşı vaxt keçirir. İndi biz xoşbəxtik”.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm bütün turnirlərdə 30 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest