"Çelsi"nin azarkeşi Cordan Çidliyə 3 il müddətinə futbol matçlarına gəlmək qadağan edilib.
 
Matc.az xəbər verir ki, dekabr ayında İngiltərə Liqa Kubokunun 1/4 finalında "Nyukasl"la oyun zamanı o, meydançaya qaçmışdı və "sağsağanlar"ın qapıçısı Martin Dubravka ilə toqquşmuşdu. Hadisə London komandasının əsas vaxtda hesabı bərabərləşdirməsindən sonra baş vermişdi.
 
O, günahını etiraf edib. Prokuror azarkeşin hərəkətini “həddindən artıq şənlik” kimi qiymətləndirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest