Honq-Konq Çempionatının ən yaxşı oyunçularından ibarət komandası ilə "İnter Mayami" arasında yoldaşlıq görüşünün təşkilatçısı olan "Tatler Asia" rəsmilərin və ictimaiyyətin təzyiqi altında MLS klubunun hücumçusu Messinin meydana çıxmaması səbəbi ilə biletlərin dəyərinin 50%-ni geri qaytardığını açıqlayıb.
 
Matc.az xəbər verir ki, argentinalı oyun üçün heyətə daxil edilib, lakin meydana daxil olmayıb. Amerika komandasının baş məşqçisi Gerardo Martino daha əvvəl futbolçunun bud əzələlərində ağrıların olduğunu, buna görə də forvardın sağlamlığını riskə atmamağa qərar verildiyini bildirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest