PSJ hücumçusu Kilian Mbappe ilə müqaviləni uzatmaq niyyətindədir.
 
Matc.az xəbər verir ki, parislilər futbolçuya 2 illik sözləşmə təklif edirlər. O, bu müqavilə ilə mövsüm başı 80 milyon avrodan çox qazana bilər.
 
Futbolçunun hələ də "Real"a keçmək istədiyi bildirilir, lakin "Los Blankos" ona Cud Bellingem və ya Vinisius Juniordan daha yaxşı şərtlər təklif etməsə, o, Parisdə qalacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest